525.Az

6 yaşlı qızını falçıya satan anaya ömürlük həbs cəzası verildi


 

6 yaşlı qızını falçıya satan anaya <b style="color:red"> ömürlük həbs cəzası verildi</b>

Cənubi Afrika Respublikasında itkin düşmüş azyaşlı qızın məhkəməsində yaşananlar ölkə gündəmini zəbt edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 6 yaşlı Joslin Smit fevral ayında paytaxt Keyptaunda itkin düşüb. Məhkəmədə ifadə verən 30-dan çox şahid kiçik qızın həyatının çətin keçdiyini bildiriblər.

Məhkəmənin açıqlaması isə hər kəsi şoka salıb. Məlum olub ki, 6 yaşlı qızın anası Racquel Kelly onu 800 funt-sterlinqə falçıya satıb. Bu səbəbdən də anaya ömürlük həbs cəzası verilib.

Hələlik 6 yaşlı Joslin Smitin axtarışları nəticə verməyib.

İbrahim Cəfərov

 





29.05.2025    çap et  çap et