525.Az

ABŞ Rusiyaya qarşı yeni sanksiya paketi hazırlayıb


 

ABŞ Rusiyaya qarşı yeni sanksiya paketi hazırlayıb<b style="color:red"></b>

ABŞ Rusiyaya qarşı banklar və enerji sektoruna məhdudiyyətləri əhatə edən sanksiya paketi hazırlayıb.

525.az bu barədə "Report"a istinadən xəbər verir.

Agentliyin məlumatına görə, tədbirlər paketi ölkə Prezidenti Donald Tramp müvafiq göstəriş verdiyi təqdirdə qüvvəyə minə bilər.

"ABŞ rəsmiləri Rusiyaya qarşı bank və enerji sektorlarında tədbirləri əhatə edən yeni iqtisadi sanksiyalar hazırlayıblar. Onların sözlərinə görə, sanksiya paketi hazırdır və Trampdan müvafiq göstəriş gəldiyi təqdirdə qüvvəyə minə bilər", - mənbələr bildirib.

 





29.05.2025    çap et  çap et