525.Az

Ukrayna səfiri və AMEA prezidenti təhsil sahəsində əməkdaşlığı müzakirə ediblər


 

Ukrayna səfiri və AMEA prezidenti təhsil sahəsində əməkdaşlığı müzakirə ediblər<b style="color:red"></b>

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli ilə görüşüb.

525.az xəbər verir ki, bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Görüş zamanı biz Ukrayna və Azərbaycan arasında elmi əməkdaşlığın dərinləşdirilməsini, o cümlədən birgə tədqiqatlar, akademik mübadilə və konfransların təşkili barədə müzakirələr apardıq. Möhkəm elmi əlaqələr güclü gələcək yaradır", - məlumatda bildirilib.

 





29.05.2025    çap et  çap et