Niderlandda "Haribo" istehsalı olan konfetlərinin tərkibində çətənə aşkarlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə nəfər "Happy Cola F!ZZ" konfetini qəbul etdikdən sonra özünü pis hiss edib.
Bu barədə polisə məlumat verildikdən sonra araşdırma başlanılıb. Adıçəkilən konfetlərdən nümunələr ekspertizaya göndərildikdən sonra onların tərkibində həqiqətən çətənə olduğu məlum olub.
Qeyd edək ki, ölkənin qida təhlükəsizliyinə cavabdeh qurumlar şirniyyat məhsulunun tərkibində narkotik maddənin necə düşməsini araşdırır.
L.Tağıyeva
çap et