525.Az

Naxçıvanda “Qlobal informasiya mühiti və media trendləri” konfransı - “MEDİAFEST-2025” keçirilir


 

Naxçıvanda “Qlobal informasiya mühiti və media trendləri” konfransı -<b style="color:red"> “MEDİAFEST-2025” keçirilir</b>

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Qlobal informasiya mühiti və media trendləri” konfransı – “MEDİAFEST-2025” keçirilir.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, abidə önünə gül dəstələri qoyulub.

“MEDİAFEST-2025” Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı çərçivəsində təşkil olunur.

Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı olan “Şərq qapısı” qəzetinin birgə təşkilatçılığı ilə keçirilir.

 





30.05.2025    çap et  çap et