525.Az

İsrail Livanın şərqinə hava zərbəsi endirib


 

İsrail Livanın şərqinə hava zərbəsi endirib<b style="color:red"></b>

İsrail Hərbi Hava Qüvvələri Livanın şərqindəki Bekaa vadisinə zərbə endirib.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hədəf hərbi infrastruktur obyekti olub. İsrail əvvəllər də bu obyektə hücum edib, lakin bu yaxınlarda hərbçilər "Hizbullah" təşkilatının silahlı dəstələrinin onu bərpa etmək cəhdlərini aşkar ediblər.

"İsrail Müdafiə Qüvvələri İsrail Dövlətinə qarşı istənilən təhdidi aradan qaldırmaq üçün tədbirlər görməyə davam edəcək və "Hizbullah"ın terror potensialını bərpa etmək cəhdlərinin qarşısını alacaq", - hərbçilər xəbərdarlıq ediblər.

 





30.05.2025    çap et  çap et