525.Az

Türkmən diplomatları Heratda Ümumdünya Velosiped Gününü qeyd ediblər


 

Türkmən diplomatları Heratda Ümumdünya Velosiped Gününü qeyd ediblər<b style="color:red"></b>

Əfqanıstanın Herat şəhərində Ümumdünya Velosiped Gününə həsr olunmuş kütləvi veloyürüş keçirilib.

525.az xəbər verir ki, tədbir “Beynəlxalq Sülh və Etimad İli” çərçivəsində Türkmənistanın Baş konsulluğu tərəfindən əfqan tərəfdaşlarla birgə təşkil olunub.

Şəhərin mərkəzi küçələri ilə keçirilən veloyürüşdə yerli velosipedçilər, regional hakimiyyət orqanlarının və Heratda çalışan diplomatik nümayəndəliklərin nümayəndələri iştirak ediblər. Təşkilatçılar xatırladıblar ki, Ümumdünya Velosiped Günü Türkmənistanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən təsis edilib və o vaxtdan dünyanın bir çox ölkələrində qeyd olunur.

Regionda bədən tərbiyəsinin, sağlam həyat tərzinin təbliğində, idman hərəkatının inkişafında fəal iştiraklarına görə tədbir iştirakçılarına minnətdarlıq ifadə olunub.

Pərvanə Sultanova

 





30.05.2025    çap et  çap et