525.Az

Rusiya XİN Ukrayna ilə danışıqlarda vasitəçiliklə bağlı məsələyə münasibət bildirib


 

Rusiya XİN Ukrayna ilə danışıqlarda vasitəçiliklə bağlı məsələyə münasibət bildirib<b style="color:red"></b>

Rusiya – Ukrayna danışıqlarında nə Türkiyə, nə də digər ölkə vasitəçi olacaq. Hazırda söhbət bundan getmir.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova danışıqların keçiriləcəyi gün İstanbula ABŞ, Böyük Britaniya, Almaniya və Fransanın nümayəndə heyətlərinin də səfər edəcəyi ilə bağlı xəbərləri şərh edərkən bildirib.

 





30.05.2025    çap et  çap et