525.Az

Rusiyada qoruq ərazisində meşə yanğını


 

Rusiyada qoruq ərazisində <b style="color:red">meşə yanğını</b>

Dünən günorta Lipetsk vilayətində yerləşən qoruğun meşəlik hissəsində yanğın başlayıb.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, güclü külək alovun daha geniş əraziyə yayılmasına səbəb olub.

Yanğınsöndürənlər alovun qoruq yaxınlığında yerləşən 2 yaşayış məntəqəsinə keçməsinin qarşısını alsalar da, yanğını söndürməyə müvəffəq olmayıblar.

Bu gün günorta saatlarında əraziyə əlavə qüvvələr, o cümlədən helikopter cəlb edilib. 

Qeyd edək ki, yanğın lokallaşdırılsa da, hələ də tam söndürülməyib.

L.Tağıyeva

 





30.05.2025    çap et  çap et