525.Az

Azərbaycan millisi finala yüksəldi -


 

Azərbaycan millisi finala yüksəldi - <b style="color:red">DÇ</b>

Bu gün Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında yarımfinal mərhələsinin matçları oynanılıb.

525.az QOL.az-a istinadən xəbər verir ki, hər iki görüşün eyni gündə keçirilməsi nəzərdə tutulub. 

Azərbaycan millisi Monteneqronu qəbul edib. Görüş yığmamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da millimiz dünya çempionatının finalına yüksəlib. Komandamızın heyətində qolları Ağaseyid Qasımov və Ramiz Çovdarov vurub. 

Digər matçda isə Macarıstan Serbiya ilə qarşılaşacaq.

Qeyd edək ki,  Azərbaycan millisi qrup mərhələsində Bəhreynlə heç-heçə edib (1:1), Sloveniya və Mavritaniyaya isə qalib gəlib (4:0, 2:0). Elşad Quliyevin komandası 1/8 finalda son dünya çempionu Rumıniyanı (1:1, pen.- 2:1) üstələyib. Yığmamız ötən gün isə 1/4 finalda İngiltərəni məğlub edib - 2:1.

30 may

Dünya çempionatı

1/2 final

20:00. Azərbaycan - Monteneqro - 2:1

21:30. Macarıstan - Serbiya

 





30.05.2025    çap et  çap et