“Neftçi”nin 6 futbolçu – Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev və Höccət Haqverdi ilə müqavilə müddəti başa çatıb.
525.az-a bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
Adıçəkilən oyunçularla müqavilə yenilənməyib. Həmçinin icarə müqaviləsi bitən Rüstəm Samiqullin məxsus olduğu “Sabah” klubuna qayıdıb.
“Neftçi” vidalaşdığı futbolçulara gələcək karyeralarında uğurlar arzulayır.
çap et