525.Az

Hokkaydoda 6,1 maqnitudalı zəlzələ olub


 

Hokkaydoda 6,1 maqnitudalı zəlzələ olub<b style="color:red"></b>

Yaponiyanın Hokkaydo bölgəsində 6,1 maqnitudalı zəlzələ baş verib.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatında deyilir.

"Zəlzələ Asahikava şəhərindən 248 km şərqdə qeydə alınıb. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib", - məlumatda bildirilib.

Zəlzələ nəticəsində ölənlər və dağıntılar barədə məlumat verilməyib.

 





31.05.2025    çap et  çap et