525.Az

Yeni Zelandiyada güclü ZƏLZƏLƏ


 

Yeni Zelandiyada güclü <b style="color:red">ZƏLZƏLƏ</b>

Yeni Zelandiyanın şimalında 6 maqnitudalı zəlzələ olub.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Geolojin Xidməti bildirib.

Xidmətin verilənlərinə görə, yerli vaxtla 10:21-də (Bakı vaxtı ilə 02:21) qeydə alınmış zəlzələnin episentri Kermadek adaları bölgəsində – Sakit okeanda olub. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat verilməyib, sunami təhlükəsi hələlik elan edilməyib.

 





01.06.2025    çap et  çap et