525.Az

İŞİD rəhbərlərindən biri Pakistan-Əfqanıstan sərhədində saxlanılıb


 

İŞİD rəhbərlərindən biri Pakistan-Əfqanıstan sərhədində saxlanılıb<b style="color:red"></b>

Türkiyə və Pakistan kəşfiyyat xidmətlərinin keçirdiyi əməliyyat nəticəsində Pakistan-Əfqanıstan sərhədində İŞİD liderlərindən biri saxlanılıb.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.

“Türkiyə və Pakistan kəşfiyyat xidmətlərinin Pakistan - Əfqanıstan sərhədində keçirdiyi birgə əməliyyat zamanı “narıncı kateqoriya” ilə axtarışda olan İŞİD liderlərindən biri Özgür Altun saxlanılıb”, - məlumatda deyilir.

Qeyd olunur ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) işi nəticəsində qrupun bu ölkəyə qarşı fəaliyyət planları pozulub, İŞİD-ə cəlb olunma deşifrə edilib, təşkilata aid rəqəmsal materiallar, eləcə də fəaliyyət planları ələ keçirilib.

 





01.06.2025    çap et  çap et