525.Az

Niger Prezidenti: Sabitliyi pozan fransız qoşunlarına qarşı mübarizə aparırıq


 

Niger Prezidenti: Sabitliyi pozan fransız qoşunlarına qarşı mübarizə aparırıq<b style="color:red"></b>

Fransa hərbi kontingentinin Benin ərazisində olması səbəbindən Niger və Benin arasındakı sərhəd bağlı qalacaq.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə “Tele Sahel” dövlət telekanalında çıxış edən Niger Prezidenti Abdurahmane Tçiani bildirib.

“Biz Beninlə sərhədi bağlı saxlamışıq və sərhəd bağlı qalacaq. Ölkəmiz Beninə qarşı deyil, onun ərazisində olan, bizə zərər verə biləcək və sabitliyi pozan fransız qoşunlarına qarşı mübarizə aparırıq”, - deyə o bildirib.

 





01.06.2025    çap et  çap et