525.Az

Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlarda iştirak etmək üçün İstanbula gəlib


 

Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlarda iştirak etmək üçün İstanbula gəlib<b style="color:red"></b>

Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə iyunun 2-nə planlaşdırılan danışıqlarda iştirak etmək üçün İstanbula gəlib.

525.az Report-a istinadən xəbər verir ki, bu barədə TASS-dakı mənbə bildirib.

"Danışıqlar aparan qrup İstanbula gəlib", - agentliyin mənbəsi deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, prezidentin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti iyunun 2-də Ukraynaya böhranın səbəblərini aradan qaldırmağın bütün aspektləri ilə bağlı memorandum təqdim etməyə hazırdır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, hazırda əsas məsələ birbaşa danışıqlar prosesini davam etdirməkdir.

İyunun 1-də Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Umerov İstanbulda keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək.

17:04

 





01.06.2025    çap et  çap et