525.Az

Biz üç dost idik...


 

Biz üç dost idik... <b style="color:red"></b>

Əntiqə QONAQ
əməkdar jurnalist

 

Biz üç dost idik... Elvina Usubova, Şərafət Kələntərli bir mən. Eyni yerdə doğulmadığımız kimi yaşıd da deyildik, başqa-başqa peşələrin daşıyıcısı idik, fərqli xarakterlərə malik idik, dünyagörüşümüz, həyat fəlsəfəmiz bir-birinə bənzəmirdi.

 

Elvina xanım Gəncədə, uzun illər hərbi komissar işləmiş Usubovların ailəsində dünyaya gəlmişdi. Kimyaçı alim idi, Bakı Dövlət Universitetinin laboratoriyasında elmi tədqiqatlar aparırdı.

 

Şərafət xanım isə məşhur Kələntərlilər nəslindən idi, Yavər Münəvvər Kələntərlilərin doğmaca qardaşı qızıydı. Riyaziyyat müəlliməsi idi, uşaqların savadlanması kimi müqəddəs bir məsləyin daşıyıcısı idi, əngəlli uşaqlara evlərdə ibtidai təhsil verirdi.

 

Mən ki, romantik bir sənətin dəlisijurnalist. Şimal bölgəsindən, nadir soyadı ilə yanaşı halal zəhmətə bağlılığı, əməyə sevgisi ilə fərqlənən Qonaqovlar ailəsində dünyaya gəlmiş 6 övladın sonbeşiyi... “Həyat” (Azərbaycan) qəzetinin müxbiri kimi ən çox cəbhədən yazılar yazan, qələminə verilən ödüllərdən çox əsgərlərə mənəvi dayaq olması, onların vətənpərvərliyini layiqincə təbliğ etməsi ilə təskinlik tapan bir məslək fədaisi.

 

Amma həyata baxışımız eyni idi deyəsən, lap yəqini beləydi. 1988-ci ildəQarabağ savaşının cücərtiləri göyərməyə başlarkən bizi birləşdirən nəsnələr üzə çıxmışdı biz eyni amalın daşıyıcısı olduğumuzun fərqindəydik artıq.

 

Dediyim kimi, 1989-1990- illər idi. Respublika Qadınlar Cəmiyyətinin həftə sonu yığıncağında müxbir kimi iştirak etmişdim məqsədim müharibə bölgəsindən yenicə qayıtmış bir qrup qadının cəbhə təəssüratlarını qələmə almaq idi. Elə həmən gün cəmiyyətin ən fəal üzvlərindən olan qadınlarla tanış oldum. Elvina Şərafət xanım da onların arasındaydı. Şərafət xanım cəmiyyətin sədri Zemfira Verdiyevanın müavini idi həm . Bura üz tutan onlarla dərdli, problemli qadını səbir təmkinlə dinləyər, onlara kömək etməkdən ötrü döymədiyi qapı, zəng etmədiyi insan qalmazdı. Ta ki, həmin şəxsin problemi həllini tapsın, cəmiyyəti razılıqla tərk etsin.

 

Amma dostunu səfərdə tanı demişlərbabalarımız. Mən haqqında bəhs etdiyim bu iki qadını cəbhəyə etdiyimiz saysız-hesabsız səfərlərdə tanıdım. Cəmiyyətin xəttiylə müharibə gedən bölgələrin demək olar hamısına baş çəkirdik, yardımlar paylayır, əsgərlərlə görüşüb söhbətləşir, onların arzu istəklərini dinləyir, bəzən ailələrinə dəyirdik. Şərafət xanım əsgərlər qarşısında vətənpərvərlik ruhunda çıxışlar edər, şeirlər söyləyərdi. Onlarla zarafatlar edər, keflərini yüksəltməyə çalışardı. Hamıya ana, bacı nəvazişi göstərərdi. İllah ki, əsgəri kefsiz, xəstələnmiş görəydi... bacardığı kimi türkəçarə edər, komandirinə dönə-dönə tapşırardı ki, onu ön cəbhəyə növbəyə göndərməsin, qayğı göstərsin, həkim nəzarətində saxlasın. Şəhərə qayıtsaq da canı-imanı əsgərlərin yanında qalardı, hərbi hissəyə zəng vurub onların vəziyyəti ilə maraqlanardı. Bayramlar ərəfəsindəki səfərlərimizdə bircəcik qızı Kəmaləni özü ilə götürərdi, hələ məktəbli ikən vətənpərvərlik hissləri ilə böyüsün söylərdi. Dərs verdiyi şagirdlərinin əsgərlərə yazdıqları məktubları, ürək sözlərini onlara çatdırardı. Hətta məktəblilər arasında belə bir maraqlı ənənə yaratmışdı: hər bir məktəbli adını belə  bilmədiyi bir əsgərə məktub yazacaq bu məktubu ona hazırladığı sovqatın içərisinə qoyaraq bağlayacaq. Şərafət xanım bu sovqatları əsgərlərə paylarkən onların üzündəki sevinc gözlərindəki heyrət hissini görmək lazım idi. ənənəvi olaraq həmin əsgərlər onlara hədiyyə göndərmiş məktəblilərə ürək sözlərini yazardı. Bu könüllü poçtalyonluqdan o qədər məmnun idi, ilahi.

 

Onunla Qarabağın dağlıq hissəsində yaşayan qadınlara sənaye ərzaq malları aparanda Çaykənd əməliyyatının ən qızğın çağıydı. Elə Ağdamdaca Xocalıya, Sırxavəndə, Xatınbəyliyə getməyimizə maneçilik törətməyə çalışırdılar. Deyirdilər ki, gətirdiyiniz məhsulları Qarabağa Xalq Yardımı Komitəsinin Ağdam şöbəsinə təhvil verin. Ara sakitləşən kimi gətirdiyiniz yardımı lazımi ünvanlara biz çatdırarıq. Şərafət xanımsa həmin anda etirazını bildirərək demişdi: “Bizi bura gəlməyə vadar edən Xocalıda məskən salmış qaçqınların adından 30 nəfər qadının imzaladığı məktubdur. Bəlkə onlar utanıblar, lazımi tələbat mallarının siyahısını tam şəkildə göstərməyiblər. Gərək onlarla üz-üzə söhbətləşək, dərd-sərlərini öyrənək. Buna görə israr etməyiniz yersizdir”.

 

Onun fikrində qəti, dönməz olduğunu yəqinləşdirəndən sonra həqiqətən mane olmadılar biz Xocalıya yola düşdük. İlk dəfəydi buraya gəlirdik. Buna baxmayaraq, elə bil Şərafət xanım onları illərdi ki, tanıyırdı. Onlarla elə səmimi, mehriban söhbətləşir, hal-əhval tuturdu ki, deyərdin on illərin tanışıdırlar. Qadınların bitib-tükənməyən istəklərini yerinə yetirmək üçün o, vaxtından daha səmərəli istifadə etməli olurdu. Belə ki, işin çoxunu telefonla həll edirdi. Bir görürdün Bakı Elektrik Məişət Cihazları İstehsal Birliyinə yazdığı məktuba müsbət cavab gəlib, həmən Xocalının rəhbərliyinə zəng vurudu ki, yubanmayın, tez gəlib soyuducularınızı aparın. Bundan sonra birgə səyimizlə Xocalı Sırxavənd sovetliyinin tabeliyində olan kəndlərin əhalisinə xeyli mebel dəsti göndərildi, daha sonra digər gündəlik təlabat malları. Təbii ki, heç bir təmənna, sağ ol gözləmədən. Onun təsəllisi yardım etdiyi insanlardan ünvanına gələn minnətdarlıq dolu məktublar idi. Təsəlli deyəndə ki, bu, sadəcə məmnunluq yaradan bir hal idi onun üçün. Bu məktubları oxuduqca üzündə qəribə təbəssüm yaranırdı, gözləri gülürdü, içindəki sevinci, fərəhi nurlu simasından bəlli olurdu.

 

Heç yadımdan çıxmayacaq bir olay daha var. Tərtərin düşmənlə sinə-sinəyə olan bir məntəqəsindəki döyüşçülərə yardım aparmışdıq, sovqatımızı əlbəəl onlara payladıqdan sonra qərargahın yerləşdiyi kənd məktəbinin həyətində bizi müşayiət edən icra nümayəndələri bir neçə hərbçi ilə birlikdə mövcud vəziyyəti müzakirə edirdik. Birdən dəhşətli bir uğultu, qulaqbatırıcı səslər eşidildi. Göy üzü tamam işıqlandı hər tərəfi aydınlatdı. Ardardınca alovlanan mərmilər göy üzündə hədəflərinə doğru şığımaqdaydı. Bu vəziyyət təxminən 5-10 dəqiqə çəkdi. Biz Şərafət xanımla bir-birimizə qısılaraq oturduğumuz yerdəcə qalmışdıq. Amma ətrafımızda kimsə yoxuydu. Bir neçə dəqiqədən sonra yavaş-yavaş yığışmağa başladılar. Üzlərindəki günahkar ifadəni gizlədə bilməyərək: “Alazanatırdılar, bu zaman mütləq daldalanmaq lazımdır, yoxsa təhlükəsizliyimizi təmin edə bilmərik. Siz yəqin bu barədə bilmirsiz”, – dedilər. Şərafət xanım hər zaman olduğu kimi hazırcavablığından qalmadı: “Qadınları bu sayaqmı qoruyarlar? Biz sizə güvənmişdik, təəssüflər olsun. Əsl sizi qorumaq lazımdır”.

 

Əslinə qalsa, bizim o hərəkətimiz qəhrəmanlıq deyildi ki... Sadəcə mövcud vəziyyəti düzgün qiymətləndirə bilməməyimizdən idimi, yoxsa, “onsuz da Vətənə bir can borcluyuqqənaətindən doğurdumu, bəlkə o qısa zaman arasında düşünməyə macal tapmadığımız, ağlımıza gəlməyən başqa nəsnələr vardı, söyləyə bilmərəm... isə...

 

Hər zaman işin ən çətinindən yapışardı o. Kimsənin ürək eləmədiyi addımları atmaqdan, bacarmadığı işlərə könüllü çiyin verməkdən zövq alardı. Onun bu cəsarətinin dəfələrlə şahidi olmuşdum. Yaxşı xatirimdədir, Qarabağın dağlıq hissəsində döyüşlərin ən qızğın çağıydı. Hər gün cəbhədən erməni quldurlarının dinc əhaliyə hücumları verdiyimiz çoxsaylı itkilər barədə qorxunc xəbərlər gəlirdi. Cəbhəboyu  bütün  bölgələrdə vəziyyət son dərəcə gərgin idi. Alınmaz qalamız olan Şuşada erməni quldurları ilə ölüm-dirim döyüşləri gedirdi. Biz Tərtər cəbhəsində idik. Hər üçümüzElvina xanım, Şərafət xanım mən. Qərargah rəisi polkovnik Bariz Zöhrabov, taburun həkimi Kamil Rzayev (az sonra şəhidlər sırasına qovuşacaqdı) adlarını xatırlamadığım daha bir neçə hərbçi ilə apardığımız sovqatları döyüşçülər arasında bölüşdürüb, onlardan qəzetə yazmaq üçün intervyü götürüb qərargaha qayıtmışdıq. Günün ikinci yarısı paytaxta qayıdacaqdıq. Şərafət xanım Kamil həkimə dönədönə xəstə döyüşçüləri tapşıraraq onlardan muğayat olmasını tapşırdı, ən ağır vəziyyətdə olan döyüşçüləri Bakıdakı xəstəxanalara göndərməsini rica etdi. Müsbət cavab aldıqdan sonra deyəsən bir az toxtamışdı. Amma hamımızın daxilində Şuşa ilə bağlı qəribə nigarançılıq vardı. Heç şəhərə dönmək istəmirdik desəm, yanılmaram. Amma qayıtmaq zorundaydıq, çünki sabah erkən başında olmalıydıq, ezamiyyə müddətimiz bitməkdəydi. Kamil həkim onun feldşerləri Azər Zaur bizə bir qucaq yasəmən qızılgül qətirmişdilər, bu çiçək hədiyyəsini şəhərə aparmağımızda israrlı idilər. Amma Şuşadakı vəziyyət barədə hər dəqiqə biribirindən fərqli üzücü xəbərlər aldığımızdan heç bu çiçəklərin yeri deyildi, – düşünürdük. Amma edəsən ki, bu qarmaqarışıqlıqda belə centlemen hərəkətlərindən qalmayan döyüşçülərin qəlblərini qırmaq olmazdı. Çiçəklər qucağımızda, ağlımız Şuşada  BakıTərtər avtobusuyla şəhərə qayıdırdıq. Amma Kamildən israrla xahiş etmişdik ki, bizi real vəziyyətlə mütəmadi tanış etsin. Deyəsən təlaşlanmağımız əbəs deyilmiş. Təəssüflər olsun ki, Bakıya çatar-çatmaz Şuşanın ermənilər tərəfindən işğalı xəbərini aldıq. İlahi, bizim ürəyimiz necə oldu ki, həmin an partlamadı, biz bu itkiyə necə dözə bildik, indi mənim üçün qaranlıq olaraq qalır. Bəlkə cismimiz idi yürüyən, ruhumuiz elə o xəbəri eşidən kimi ölmüşdü. Bu, dəqiq belədir. Hələ bu azmış kimi bir gün sonra qeyrətli eloğlumuz, vətənpərvər həkim, Bakıdakı rahat kabinetini könüllü olaraq döyüş səngərləri ilə dəyişən Kamil Rzayevin şəhidlik xəbərini eşitdik. Ürəkparçalayıcı olsa da onun Tərtərdə min bir həvəslə bizə bağışladığı çiçəklər Şəhidlər Xiyabanındakı məzarına qismət oldu. Bəlkə onu erməni gülləsindən çox ruhən Şuşanın işğalı xəbəri öldürmüşdü. Sadəcə ermənilər onun cisminə qıya bilmişdilər. Allah  Kamilin timsalında bütün şəhidlərimizə qəniqəni rəhmət eləsin.

 

Onu da deyim, bu qadınlar Kamildən sonra onun ailəsini heç unutmadılar, teztez həyat yoldaşı Zara xanıma, qızları Cəmilə Züleyxaya baş çəkdilər, onların dərdinə şərik çıxmağa çalışdılar. Bütün bunlar mənim iştirakımla baş verdiyindən bu qadınlardakı vətənpərvərlik hissinə, qeyrət hünərə heyran qalmaya bilmirəm. Qarabağda gedən savaş boyu onlar cəbhə bölgələrini qarışqarış gəzdilər, döyüşçülərə mənəvi ana oldular, yaralanıb xəstəxanada müalicə olunanların saatlarla keşiyini çəkdilər, şəxsi vəsaitləri hesabına onlara dərman ləvazimatları, isti paltar, ərzaq məhsulları aldılar. Bir sözlə qəlblərinin hərarətini onlara verməkdən çəkinmədilər. Bununla belə Qarabağın azad ediləcəyinə inamlarını bir an da olsun itirmədilər.

 

...On beş il öncə Elvina xanım uzun sürən xəstəlikdən sonra haqq dünyasına qovuşdu. Amma xəstəliklə aylar boyu savaşıbmış, təəssüf ki, ürəyi bu mübarizədən məglub ayrılmış, qəfil dayanmışdı. Əslində bu ürək içindən dəlikdəlik olmuşdu desəm, yanılmaram. Canından artıq sevdiyi şəhid döyüşçülərin yanına uçmuşdu nigaran ruhu da.

 

Şərafət xanım Kələntərli isə bu il avqustun 5- iki ayadək mücadilə apardığı koma vəziyyətindən çıxa bilmədi. Heç ölmək istəmirdi. Çünki yarımçıq qalmış işləri vardı. Ən əvvəl Qarabağın qalibiyyətini görmək onun doğal haqqı idi. Bircə qızı Kəmaləsini, həyatının bir parçası deyil , hamısını əhatə edən çiçək nəvələri Leyla Səidini doyunca əzizləməmiş, onların ətrini ciyərdolusu içinə çəkə bilməmişdi. Əngəlli şagirdləri vardı, evlərində onun yolunu gözləyirdilər, yeni dərs alacaqdılar ondan, sürprizlərindən heyrətlənəcəkdilər. Bəs, bacıqardaşları, əqrəbaları, dostları, onun hamilik etdiyi insanlar...Şərafət xanım hamının gözünü yaşlı, arzusunu ürəyində qoyaraq istəmədən bu uzun əbədi yolçuluğa çıxdı...

 

Bu günnoyabrın 22-si Şərafət xanımın doğum günüdür. Bu yazımı ad günü hədiyyəsi hesab etmirəm. Sadəcə bir xatırlama deyərdim, anma deyərdim, dost sözü deyərdim, amma borc deməzdim. Çünki o, heç bir zaman kimsəyə borclu qalmazdı, mənə həmçinin. Bu yazının necə yazıldığı, mənə hansı hissləracılar, ağrılar mənasındabahasına başa gəldiyi bir tək mənə bəlli. Çox çətin olsa da, ürək ağrısı göz yaşıyla qələmə alınsa da, məhz bu günə tamamlandıonun 66 yaşına. Demək ki, doğum gününə ithaf hesab olunmalı... Amma... Şərafət xanım nəinki mənim, kimsənin ad gününü bu cür təbrik etməzdi...
 





22.11.2012    çap et  çap et