Gürcüstanın Bakıdakı səfirliyi Azərbaycan milli komandasının minifutbol üzrə dünya çempionatında qazandığı qələbə münasibətilə Azərbaycanı təbrik edib.
525.az xəbər verir ki, bu barədə səfirlik "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
"Möhtəşəm qonşumuz və dostumuz Azərbaycanı minifutbol üzrə dünya çempionatında parlaq qələbə münasibətilə təbrik edirik! Sizə daha böyük uğurlar və qələbələr arzulayırıq", - təbrikdə deyilir.
Qeyd edək ki, iyunun 1-də minifutbol üzrə dünya çempionatının finalında Azərbaycan millisi Macarıstanı 4:2 hesabı ilə məğlub edərək tarixində ilk dəfə dünya çempionatının qalibi olub.

Pərvanə Sultanova
çap et