525.Az

ABŞ-də silahlı hücum - 1 ölü, 11 yaralı


 

ABŞ-də silahlı hücum - <b style="color:red"> 1 ölü, 11 yaralı</b>

ABŞ-nin Şimali Karolina ştatının qərbindəki Katavba bölgəsində şənlik təşkil edilən evə silahlı hücum olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Katavba polis idarəsindən bildirilib ki, yerli vaxtla 00:45 radələrində baş verən hücumda təxminən 80 atəş açılıb.

Hücum zamanı 58 yaşlı Şon Patrik Hud həyatını itirib, daha 11 nəfər isə yaralanıb. Yaralanan 11 nəfərdən 7-nin hələ də xəstəxanada müalicəsinin davam etdiyi, birinin vəziyyətinin ağır olduğu qeyd edilib.

Səlahiyyətlilər istintaqın davam etdiyini, hələlik hadisə ilə bağlı heç kimin saxlanılmadığını bildiriblər.

İbrahim Cəfərov

 





02.06.2025    çap et  çap et