525.Az

Türkmənistan və Monqolustan prezidentləri Ulan-Batorda danışıqlar aparıblar


 

Türkmənistan və Monqolustan prezidentləri Ulan-Batorda danışıqlar aparıblar<b style="color:red"></b>

İyunun 2-də Ulan-Batorda Türkmənistan və Monqolustan prezidentləri Sərdar Berdiməhəmmədovla Uxnaaqiyn Xurelsux arasında danışıqlar keçirilib.

525.az xəbər verir ki, Türkmənistan prezidentinin dövlət səfəri çərçivəsində baş tutan görüş ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə həsr olunub.

Tərəflər siyasi, diplomatik, ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığı daha da inkişaf etdirmək istəklərini təsdiqləyiblər.

Sərdar Berdiməhəmmədov nümayəndə heyətinin budəfəki səfərinin ikitərəfli əlaqələrə yeni təkan verəcəyini vurğulayaraq, birgə səylərin səmərəli olacağına əminliyini ifadə edib.

Pərvanə Sultanova

 

 





02.06.2025    çap et  çap et