525.Az

SOCAR “ExxonMobil Corporation” ilə Anlaşma Memorandumu imzalayıb


 

SOCAR “ExxonMobil Corporation” ilə Anlaşma Memorandumu imzalayıb<b style="color:red"></b>

Bu gün “Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “ExxonMobil Corporation” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

525.az “Report” -a istinadən xəbər verir ki, Anlaşma Memorandumunu SOCAR-ın prezidenti Rövşən Nəcəf və “ExxonMobil Corporation” şirkətinin vitse-prezidenti Con Ardil imzalayıblar. Sənəd Azərbaycanın neft-qaz sahəsində birgə əməkdaşlığı nəzərdə tutur.

Qeyd edək ki, “ExxonMobil Corporation” və SOCAR arasında enerji sektorundakı uzunmüddətli tərəfdaşlıq əlaqələri son zamanlar daha da gücləndirilib.

 





02.06.2025    çap et  çap et