525.Az

Rusiya Ukraynaya cəbhənin ayrı-ayrı hissələrində iki-üç günlük atəşkəs təklif edib


 

Rusiya Ukraynaya cəbhənin ayrı-ayrı hissələrində iki-üç günlük atəşkəs təklif edib<b style="color:red"></b>

Rusiya Ukraynaya cəbhənin müəyyən hissələrində iki-üç günlük atəşkəs təklif edib.

525.az “Report”a istinadən xəbər verir ki, bunu Rusiya nümayəndə heyətinin rəhbəri - prezidentin köməkçisi Vladimir Medinski bildirib.

“Bizim tərəfimizdən irəli sürülmüş son təklif - Ukrayna tərəfi kifayət qədər ümumi ifadələrlə tez-tez atəşkəs zərurətindən danışdığına görə, biz konkret atəşkəs təklif etdik: cəbhənin ayrı-ayrı hissələrində iki-üç günlük”, - o deyib.

Medinskinin sözlərinə görə, bu, komandirlərin əsgərlərinin cəsədlərini götürməsi üçün edilir.

“Bunu indi bizim hərbi mütəxəssislərimiz Ukrayna mütəxəssisləri ilə birlikdə işləyəcək”, - o vurğulayıb.

 





02.06.2025    çap et  çap et