525.Az

Ərdoğan: İstanbulu sülh mərkəzinə çevirmək istəyirəm


 

Ərdoğan: İstanbulu sülh mərkəzinə çevirmək istəyirəm<b style="color:red"></b>

İstanbulu sülh mərkəzinə çevirmək istəyirəm.

525.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib.

O bildirib ki, bu gün Rusiya-Ukrayna nümayəndə heyətləri İstanbulda bir araya gəlib:

“Arzu edirəm ki, həm Vladimir Putin, həm də Volodimir Zelenski İstanbulda və ya Ankarada bir araya gəlsinlər. Hətta Donald Tramp da görüşə qatıla bilər. Qəbul etsələr, mən də onlarla görüşdə bir araya gəlib İstanbulu sülh mərkəzinə çevirmək istəyirəm. Biz bu təşəbbüs üçün addımlar atacağıq".

 





02.06.2025    çap et  çap et