525.Az

Dünya gözəli tailandlı seçildi


 

Dünya gözəli tailandlı seçildi<b style="color:red"></b>

Hindistanın Heydərabad şəhərində 2025-ci ilin "Dünya gözəli" müsabiqəsi keçirilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Tailand təmsilçisi Suçata Çuanqsri yarışmanın qalibi olub.

Gözəllik tacını ona ötən ilin dünya gözəli, çexiyalı Kristina Pışkova təqdim edib.

Qeyd edək ki, 108 iştirakçının qatıldığı müsabiqədə 3 "vitse-miss" də seçilib. Bunlar efiopiyalı Hasset Derece, polşalı Mayya Klayda və Martinika təmsilçisi Oreli Joahimdir.

L.Tağıyeva

 





02.06.2025    çap et  çap et