525.Az

"Araz-Naxçıvan" daha iki futbolçu ilə müqavilənin müddətini uzadıb


 

"Araz-Naxçıvan" daha iki futbolçu ilə müqavilənin müddətini uzadıb<b style="color:red"></b>

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” müqaviləsi başa çatmış daha iki futbolçu ilə yenidən anlaşıb.

525.az-a bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Slavik Alxasov və Qara Qarayev 2025/2026 mövsümünü də komandanın heyətində keçirəcək. Hər iki oyunçu ilə anlaşma 1 illikdir.

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə və Ülvü İsgəndərovla də yeni müqavilə imzalanıb.

 





03.06.2025    çap et  çap et