525.Az

"Qarabağ" yatağından ilk neftin çıxarılması 2029-cu ildə baş tutacaq


 

"Qarabağ" yatağından ilk neftin çıxarılması 2029-cu ildə baş tutacaq<b style="color:red"></b>

"Qarabağ" yatağında yaradılacaq infrastruktur "Azəri-Çıraq-Günəşli" (AÇG) blokunda mövcüd infrastruktura qoşulacaq.

525.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell bildirib.

Onun sözlərinə görə, qeyd olunan proses "Qarabağ" yatağının işlənilməsinə tez bir zamanda başlamağa imkan verəcək:

"Plana görə, "Qarabağ"dan ilk neftin çıxarılması 2029-cu ildə baş tutacaq. Çox güman ki, yataqda kiçik platforma quraşdırılacaq və bu platforma AÇG-nin mövcud infrastrukturuna qoşulacaq".

 





03.06.2025    çap et  çap et