525.Az

Qrossi: Ukraynanın energetika naziri ilə enerji infrastrukturunun bərpasını müzakirə etdik


 

Qrossi: Ukraynanın energetika naziri ilə enerji infrastrukturunun bərpasını müzakirə etdik<b style="color:red"></b>

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (BAEA) baş direktoru Rafael Qrossi Ukraynada səfərdədir.

525.az "Report" a istinadən xəbər verir ki, bu barədə AEBA-nın rəhbəri “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib

"Ukraynanın energetika naziri German Qaluşenko ilə enerji infrastrukturunun bərpası məsələsini, o cümlədən Xmelnitski AES-də yeni enerji bloklarını, Çernobıl AES-in təmirini və yarımstansiyaların vəziyyətinin qiymətləndirilməsini müzakirə etdim", - o qeyd edib.

Daha əvvəl R.Qrossinin Ukrayna və Rusiyaya səfər edəcəyi barədə məlumat verilmişdi.

 





03.06.2025    çap et  çap et