525.Az

Keniyanın Baş naziri: Ceyhun Bayramovun səfəri uzunmüddətli dostluğun dərinləşdirilməsinin təsdiqidir


 

Keniyanın Baş naziri: Ceyhun Bayramovun səfəri uzunmüddətli dostluğun dərinləşdirilməsinin təsdiqidir<b style="color:red"></b>

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Keniyaya səfəri iki ölkənin uzunmüddətli dostluq əlaqələrinin dərinləşdirilməsinə sadiqliyini göstərir.

525.az "Report" a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri və XİN rəhbəri Musaliya Mudavadi Azərbaycan XİN başçısı ilə Nayrobidə keçirilən danışıqların yekununda bildirib.

O qeyd edib ki, tərəflər Keniya və Azərbaycan arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə yönəlmiş məhsuldar danışıqlar aparıblar: "Biz qarşılıqlı maraq doğuran gündəlikdəki mühüm məsələlərə toxunduq. Bu səfər ölkələrimiz arasında uzunmüddətli dostluğun dərinləşdirilməsinə sadiqliyimizi göstərir".

 





03.06.2025    çap et  çap et