525.Az

Ceyhun Bayramov Keniya Milli Assambleyasının sədri ilə qanunverici orqanlar arasında əməkdaşlığı müzakirə edib


 

Ceyhun Bayramov Keniya Milli Assambleyasının sədri ilə qanunverici orqanlar arasında əməkdaşlığı müzakirə edib<b style="color:red"></b>

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Keniyaya səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının sədri Moses Vetanq'ula ilə görüşüb.

525.az xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı "X" səhifəsində yazıb.

Bildirilib ki, ikitərəfli münasibətlərdə parlament diplomatiyasının böyük əhəmiyyət daşıdığı və bunun qarşılıqlı anlaşma, ortaq dəyərlər və uzunmüddətli tərəfdaşlıq üçün yol açdığı vurğulanıb.

Həmçinin parlament diplomatiyası vasitəsilə qanunverici orqanlar arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.

 





03.06.2025    çap et  çap et