525.Az

Nigeriyada daşqınlarda 500-dən çox insan itkin düşüb


 

Nigeriyada daşqınlarda 500-dən çox insan <b style="color:red"> itkin düşüb</b>

Nigeriyada daşqınlar xeyli insan itkisinə yol açıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, mayın 29-da Mokva bölgəsində güclü yağışın səbəb olduğu daşqınlarda 500-dən çox şəxs itkin düşüb.

Səlahiyyətlilər itkin düşənlərin sağ olduğuna inanmadıqları üçün axtarış-xilasetmə işləri dayandırılıb.

Təbii fəlakət zamanı ölənlərin sayı isə 200-ü ötüb. Sel nəticəsində həyatını itirənlər üçün kütləvi dəfn mərasimi keçirilib.

İbrahim Cəfərov

 





03.06.2025    çap et  çap et