525.Az

Kreml Krım körpüsündə partlayışın olduğunu təsdiqləyib


 

Kreml Krım körpüsündə partlayışın olduğunu təsdiqləyib<b style="color:red"></b>

Kreml Krım körpüsü yaxınlığında partlayış olduğunu təsdiqləyib.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, partlayış nəticəsində dağıntı olmayıb.

Peskov Krım körpüsünün hazırda işlək olduğunu söyləyib.

Kreml sözçüsü Ukraynanın Rusiyanın mülki infrastruktura hücum cəhdlərinin davam etdiyini qeyd edib.

 





04.06.2025    çap et  çap et