525.Az

UEFA PSJ-ni cərimələyəcək


 

UEFA PSJ-ni cərimələyəcək<b style="color:red"></b>

UEFA Fransanın PSJ klubunu cərimələyəcək.

QOL.az "RMC Sport"a istinadən xəbər verir ki, buna Çempionlar Liqasının final matçı zamanı və oyundan sonra Paris təmsilçisinin azarkeşlərinin aqressiv davranışları səbəb olub.

Həmçinin paytaxt klubu oyunun keçirildiyi “Münhen Arena”ya dəymiş ziyanı da ödəyəcək. Fanatlar tribunalarda oturacaqlara zərər verməklə yanaşı stadionda qapının torunu kəsiblər və qazon parçalarını qoparıblar.

Xatırladaq ki, PSJ final oyununda "İnter”i 5 cavabsız qolla məğlub edərək tarixində ilk dəfə ÇL-in qalibi olub.

 





04.06.2025    çap et  çap et