Kölnün (Almaniya) yaxınlığında yerləşən Hürt şəhərində sürücü avtomobili ibtidai məktəb şagirdlərinin üzərinə sürüb.
525.az "Report" a istinadən xəbər verir ki, bu barədə "Bild" yerli polisə istinadən məlumat yayıb.
Hadisə nəticəsində iki uşaq xəsarət alıb. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Hadisə təxminən günorta saat 12:15-də baş verib. Ətraf mühasirəyə alınıb, hadisə yerinə tibbi helikopter gəlib.
Polis bildirib ki, qəsdən vurma əlamətləri aşkar edilməyib.
çap et