525.Az

Moldova 2028-ci ildə Aİ-yə daxil olmaq üçün maksimim səy göstərəcək


 

Moldova 2028-ci ildə Aİ-yə daxil olmaq üçün maksimim səy göstərəcək<b style="color:red"></b>

Moldova Baş naziri Dorin Reçan hökumətin artıq 2028-ci ildə Avropa İttifaqına daxil olmaq üçün maksimum səy göstərməyə hazır olduğunu bildirib.

525.az "Report"a istinadən xəbər verir ki, bu barədə Moldova hökumətinin mətbuata açıqlamasında deyilir.

"Hökumət Moldovanın 2028-ci ilə qədər Avropa İttifaqına daxil olmağa hazır olması üçün əlindən gələni edəcək", - deyə Reçan Brüsseldə Avropa Parlamentinin prezidenti Roberta Metsola ilə görüşündə bildirib.

Məlumata görə, tərəflər Moldovanın Avropaya inteqrasiyası prosesində Avropa İttifaqının dəstəyini müzakirə ediblər.

 





04.06.2025    çap et  çap et