525.Az

Moskva Tehran və Vaşinqtonun nüvə danışıqlarına qoşula bilər


 

Moskva Tehran və Vaşinqtonun nüvə danışıqlarına qoşula bilər<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin lazım gəldikdə İran və ABŞ arasında Tehranın nüvə proqramı ilə bağlı danışıqlara qoşulmağa hazır olacaq.

525.az “Report” a istinadən xəbər verir ki, bunu ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

"Lazım olduqca. Bu, yaşadığımız günlərdə baş verən bir prosesdir. Bilirsiniz ki, müxtəlif kanallar vasitəsilə həm Tehran, həm də Vaşinqtonla dialoq davam edir. Buna görə də lazım olduqca prezident də, Rusiya tərəfi də prosesə qoşula biləcək", - o vurğulayıb.

 





05.06.2025    çap et  çap et