"Barselona" qapı xəttini gücləndirir.
QOL.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya klubu "Espanyol"un qapıçısı Joan Qarsiyanı transfer edəcək.
Artıq tərəflərin razılıq əldə etdiyi bildirilib. "Barselona"nın gələn həftə 25 milyon avro təzminat ödəyərək Qarsiyanın transferini tamamlayacağı qeyd olunub.
24 yaşlı ispaniyalı qolkiper 2021-ci ildən "Espanyol"da çıxış edir. O, başa çatan mövsümdə 38 oyuna 51 qol buraxıb. Qarsiya 8 görüşdə qapısını toxunulmaz saxlayıb.
çap et