525.Az

Bu klub da Emrelini heyətində görmək istəyir


 

Bu klub da Emrelini heyətində görmək istəyir<b style="color:red"></b>

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyada daha bir klubun maraq dairəsinə düşüb.

QOL.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. 

27 yaşlı futbolçunun 2024/25 mövsümünün sonunda 2-ci bundesliqa təmsilçisi "Nürnberq"lə müqaviləsi başa çatıb. Emrelinin tezliklə azad agent qismində yeni kluba keçəcəyi gözlənilir. Yüksək ehtimalla bu, yenidən Almaniya komandalarından biri olacaq.

"Bild"in yazdığına görə, hazırda hücumçu axtarışında olan 2-ci bundesliqa klubu "Fortuna" (Düsseldorf) Mahiri heyətində görmək istəyir. Lakin hələlik bununla bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, daha əvvəl elə həmin nəşr 1-ci bundesliqanın ən azı bir klubunun (ad açıqlamayıb), 2-ci bundesliqadan isə "Kayzerslautern"in Emrelini heyətində görmək istədiyini yazıb.

Əlavə edək ki, QOL.az saytının daha əvvəl yaydığı xəbərə görə, Azərbaycandan "Neftçi" də Mahiri transfer etmək istəyir.

 





05.06.2025    çap et  çap et