525.Az

Paşinyan Ərdoğanla İrəvan və Ankara arasındakı münasibətləri müzakirə edib


 

Paşinyan Ərdoğanla İrəvan və Ankara arasındakı münasibətləri müzakirə edib<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan telefon danışığı aparıblar.

Bu barədə 525.az “Report” a istinadən xəbər verir.

Qeyd olunub ki, tərəflər iki ölkə arasındakı münasibətləri və regional məsələləri müzakirə ediblər.

"Liderlər Ermənistan-Türkiyə münasibətlərinə və regional hadisələrə dair məsələləri müzakirə ediblər. Tərəflər dialoqu davam etdirmək barədə razılağa gəliblər", - məlumatda bildirilib.

 





05.06.2025    çap et  çap et