525.Az

Rusiya Federasiya Şurasının sədri İrəvanda səfərdədir


 

Rusiya Federasiya Şurasının sədri İrəvanda səfərdədir<b style="color:red"></b>

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyəti İrəvanda rəsmi səfərdədir.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə parlamentin yuxarı palatasının mətbuat xidməti məlumat yayıb.

"Səfər proqramında Matviyenkonun ölkə rəhbərliyi ilə görüşləri nəzərdə tutulub. Xüsusilə parlamentin sədri Alen Simonyanla söhbət planlaşdırılır", - məlumatda bildirilib.

Qeyd olunub ki, Matviyenko və Simonyan həmçinin Rusiya və Ermənistan arasında parlamentlərarası əməkdaşlıq komissiyasının 39-cu iclasını açacaqlar.

Matviyenko həmçinin 10-cu Rusiya-Ermənistan regionlararası forumunda iştirak edəcək.

 





05.06.2025    çap et  çap et