525.Az

Türkiyə və Ukraynanın müdafiə nazirləri görüşüblər


 

Türkiyə və Ukraynanın müdafiə nazirləri görüşüblər<b style="color:red"></b>

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər NATO-nun Brüsseldəki mənzil qərargahında ukraynalı həmkarı Rustəm Umerovla görüşüb.

525.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Onlar NATO müdafiə nazirlərinin toplantısı çərçivəsində bir araya gəliblər.

Tərəflərin hansı məsələləri müzakirə etdikləri açıqlanmayıb.

 





05.06.2025    çap et  çap et