525.Az

Şamaxı və Xızıda yenidən zəlzələ olub - YENİLƏNİB


 

Şamaxı və Xızıda yenidən zəlzələ olub - <b style="color:red"> YENİLƏNİB</b>

Pirqulu stansiyasından 15 km şimal-şərqdə Şamaxı və Xızı rayonlarında 3,6 maqnitudalı zəlzələ qeydə alınıb.

525.az-a bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.

Zəlzələ episentrdə 4 bal, Şamaxı və Xızı rayonlarının episentrə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.

Bildirilib ki, yerli vaxtla 10:18-də qeydə alınmış yeraltı təkanların ocağı 5 km dərinlikdə yerləşib.

Xatırladaq ki, dünən yerli vaxtla 16:02-də Şamaxı və Xızıda 3,7maqnitudalı, dərinliyi 7 km olan zəlzələ baş vermişdi. Yeraltı təkan episentrdə 4 bal, Şamaxı və Xızı rayonlarının yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.

***

Şamaxıda 3,2 maqnitudalı zəlzələ olub.

525.az-a bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.

“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Pirqulu stansiyasından 13 km şimal-şərqdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb”, – məlumatda qeyd olunub.

Bildirilib ki, yerli vaxtla 06:40-da qeydə alınmış yeraltı təkanların ocağı 6 km dərinlikdə yerləşib.

 





06.06.2025    çap et  çap et