525.Az

KİV: Xan Yunisdə 4 İsrail hərbçisi ölüb


 

KİV: Xan Yunisdə 4 İsrail hərbçisi ölüb<b style="color:red"></b>

Qəzza zolağının cənubundakı Xan Yunisdə minalanmış binanın uçması nəticəsində 4 İsrail hərbçisi ölüb.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” mənbələrə istinadən yazır.

Həmçinin 11 hərbçinin yaralandığı, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Nəşrin məlumatına görə, yaralı əsgərlərdən birini qaçırmağa cəhd edilib, lakin bu, uğursuz alınıb.

Daha əvvəl İsrail ordusu qüvvələrinin Xan Yunisin cənubundakı ərazilərə doğru irəlilədiyi bildirilirdi.

 





06.06.2025    çap et  çap et