525.Az

Rusiya-Ukrayna münaqişəsi ilə bağlı dedikləriylə razı deyil


 

 Rusiya-Ukrayna münaqişəsi ilə bağlı dedikləriylə razı deyil<b style="color:red"></b>

Rusiya ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə münaqişəni “iki uşaq arasındakı dava” sözləri ilə ifadə etməsiylə razılaşmır.

525.az “Report” -a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya üçün bu, milli maraqlar və təhlükəsizlik məsələsidir.

“ABŞ prezidentinin burada, şübhəsiz ki, öz nöqteyi-nəzəri ola bilər. Amma bizim üçün bu, ekzistensial məsələdir, milli maraqlarımızla bağlı məsələsidir”, - Kreml nümayəndəsi deyib.

O, həmçinin bəyan edib ki, Vaşinqton Rusiya-Ukrayna münaqişəsinin həllində vasitəçilik etməkdə davam edir və Moskva buna görə minnətdardır.

 





06.06.2025    çap et  çap et