525.Az

Türkiyə Azərbaycana tekstil məhsulları ixracını artırıb


 

Türkiyə Azərbaycana tekstil məhsulları ixracını artırıb<b style="color:red"></b>

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 19,358 milyon ABŞ dolları dəyərində tekstil məhsulları idxal edib.

525.az “Report” a istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,8 % çoxdur.

Təkcə mayda Türkiyə Azərbaycana 4,038 milyon ABŞ dolları dəyərində tekstil məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 22,5 % çoxdur.

Türkiyənin tekstil məhsulları ixracının ümumi dəyəri 5 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 % artaraq 4 milyard 047 milyon ABŞ dollarına çatıb, mayda isə 1 % azalaraq 854 milyon ABŞ dollarına enib.

 





06.06.2025    çap et  çap et