525.Az

Çilidə 6,4 maqnitudalı zəlzələ olub


 

Çilidə 6,4 maqnitudalı zəlzələ olub<b style="color:red"></b>

Çilidə 6,4 maqnitudalı zəlzələ olub.

525.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Atakama əyalətinin Dieqo de Almaqro qəsəbəsindən 52 kilometr cənub-qərbdə, ocağı isə Yerin 76,6 kilometr dərinliyində yerləşib. Dağıntı və ya tələfat qeydə alınmayıb. Sunami təhlükəsi elan edilməyib.

 





07.06.2025    çap et  çap et