525.Az

Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb


 

Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb<b style="color:red"></b>

Helsinkidə (Finlandiya) Müdafiə Nazirliyinin binasının əsas girişi çəhrayı rənglə boyanıb.

525.az "Report"a istinadən xəbər verir ki, bu barədə “Yle” teleradio yayım şirkəti məlumat yayıb.

Bildirilib ki, mühafizəçi bir kişi və qadının hadisə yerindən uzaqlaşdığını görüb.

Şübhəlilər hələ tapılmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

 





07.06.2025    çap et  çap et