525.Az

Məşhur tiktoker hava limanında saxlanıldı


 

Məşhur tiktoker hava limanında saxlanıldı<b style="color:red"></b>

ABŞ Miqrasiya Xidməti dünyanın ən məşhur tiktokeri Xabi Leym Las-Veqas hava limanında vizası bitdiyinə görə saxlayıb.

525.az xəbər verir ki, bu haqda “France Presse” məlumat yayıb.

Məlumata görə o saxlanıldığı gün azadlığa buraxılıb, sonra isə könüllü olaraq ölkəni tərk edib.

Qeyd edək ki, Leym UNICEF-in xoşməramlı səfiri və 162 milyondan çox abunəçisi olan ən məşhur “TikTok” bloggeridir.

 





08.06.2025    çap et  çap et