525.Az

Ata və oğlunu maşın vurdu


 

Ata və oğlunu maşın vurdu<b style="color:red"></b>

Astarada avtomobil ata və oğlunu vurub.

525.az xəbər verir ki, hadisə rayonun Kijəbə qəsəbəsində baş verib.

Belə ki, avtomobil 1986-cı il təvəllüdlü Astara rayonu, Ərçivan qəsəbə sakini Rəhim Fərruxovu və onun azyaşlı oğlu 2022-ci il təvəllüdlü Z.F-i vurub.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Azyaşlının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, koma, başın açıq yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

 





08.06.2025    çap et  çap et