525.Az

Yəməndə məscid atəşə tutuldu - 9 nəfər öldü


 

Yəməndə məscid atəşə tutuldu - <b style="color:red">9 nəfər öldü</b>

Yəmənin Əl-Beyda vilayətində məscid atəşə tutulub, 9 nəfər ölüb, 12 nəfər yaralanıb.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Hadisə iyunun 7-də Qurban bayramıyla əlaqədar Karn əl-Əsəd kəndində axşam namazı zamanı baş verib. Məscidi atəşə tutan şəxs hadisədən yarım saat sonra saxlanılıb. Onun psixi problemlərdən əziyyət çəkdiyi bildirilir.

 





08.06.2025    çap et  çap et