525.Az

Qəzzada ölənlərin sayı 54 880 nəfərə çatıb


 

Qəzzada ölənlərin sayı 54 880 nəfərə çatıb<b style="color:red"></b>

Qəzzada son sutkada 108 fələstinli ölüb, 398 nəfər yaralanıb.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Bununla da indiyə qədər Qəzza zolağında ölənlərin sayı 54 880, yaralananların sayı 126 227 nəfərə çatıb.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HAMAS gözlənilmədən İsrailin cənubuna hücum edib. Hücum nəticəsində 1 110-dən çox israilli qətlə yetirilib. Buna cavab olaraq İsrail Qəzza zolağında havadan və qurudan hərbi əməliyyatlara başlayıb.

 





08.06.2025    çap et  çap et